İdman

Dünya çempionatına nə qədər bilet satılıb?

Qətərdə keçiriləcək DÇ-2022 üçün bilet satışının ilk mərhələsində 804 186 bilet satılıb.

Bu barədə FİFA məlumat yayıb. Qarşıdan gələn turnirə bilet almaq üçün ən böyük marağı Qətər, ABŞ, İngiltərə, Meksika, BƏƏ, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanından olan azarkeşlər göstərib.

Qurum qeyd edib ki, dünya çempionatının açılış matçına və turnirin finalına tələbat daha çoxdur. Bilet satışının növbəti mərhələsi aprelin 5-də Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin oyunlarına biletlər əcnəbi azarkeşlər üçün 250-800 Qətər rialı (69-220 dollar), yerli azarkeşlər üçün 40 rial (11 dollar) qiymətindədir. Final matçına bilet yerli futbolsevərlərə 206 dollara başa gələcək. Əcnəbi azarkeşlər 604 dollardan 1,6 min dollara qədər ödəməli olacaqlar.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button