İdman

Dünya çempionatı: Azərbaycan üzgüçüsü 56 idmançı arasında 53-cü olub

Azərbaycan üzgüçüləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında bugünkü çıxışlarını başa vurublar.

“Report”un məlumatına görə, Rəşad Alquliyev 100 metr məsafəyə arxasıüstə üzmədə 58,96 saniyə nəticə göstərib.

Birinci qrupda 6 idmançı arasında 3-cü olan Alquliyev ümumi sıralamada 56 idmançı arasında 53-cü yeri tutub və yarımfinala vəsiqə qazana bilməyib.

Ramil Vəlizadə isə 200 mert məsafəni butterflay üsulu ilə 1 dəqiqə 59,74 saniyəyə qət edib. Öz qrupunda 10 idmançı arasında 9-cu olan Vəlizadə 42 üzgüçü arasında 30-cu yerlə kifayətlənib və final şansını itirib.

Qeyd edək ki, dünya çempionatı dekabrın 21-də başa çatacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button