İdman

Dünya çempionatı: Azərbaycanı təmsil edən boksçu qardaşlar 1/8 finala yüksəlib -yenilənib

Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünü keçirib.

“Report”un məlumatına görə, 71 kq çəki dərəcəsində yer alan idmançı şotlandiyalı Stiven Nyuns ilə üz-üzə gəlib. Görüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb – 5:0.

Beləliklə, o, qardaşı Tayfur Əliyev kimi 1/8 finala yüksəlib.

***

Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu Sərxan Əliyev 71 kq çəkidə 1/16 final görüşünü keçirəcək. Onun rəqibi şotlandiyalı Stiven Nyuns olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button