İqtisadiyyat

Dünya bazarında “qara qızıl” bahalaşıb

Koronavirusun yeni “Omikron” ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.

Bakı vaxtı ilə saat 09.12-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 0,83% bahalaşaraq, 1 bareli 73,69 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,09% artaraq, 1 bareli 70,25 ABŞ dolları təşkil edib.

Yeni ştamın daha az iqtisadi təsirə malik olacağı ilə bağlı ümidlər CAR-da bu virusa yoluxan şəxslərdə yüngül simptomların müşahidə olunması barədə xəbərlərlə təsdiq olunur.

Bundan başqa, ABŞ və İran arasında nüvə razılaşmasının imzalanması şanslarının azalması barədə xəbərlər də “qara qızıl”ın qiymətinin artımına təsir göstərib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button