İqtisadiyyatManşet

Dünya bazarında buğdanın və unun qiyməti artır – təhlil

Məlum olduğu kimi Azərbaycanda çörəyin və un məmulatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir, dünya bazarında buğdanın və unun qiymətindən asılıdır. Bəs Azərbaycan istehsalçıları başqa qonşu ölkələrdə olduğu kimi çörəyin qiymətini artıra bilərmi? Bazarın qanunlarını heç kim dəyişdirə bilməz, Azərbaycan hökuməti isə onsuz da uzun müddətdir çörəyin qiymətini sabit saxlamağa çalışıb, bunun üçün qiymət siyasətinə təsir göstərən bütün alətlərdən istifadə edib.

Bəli, çörəyin bahalaşması haqda belə həyəcan dünya bazarlarında buğdanın qiyməti ilə bağlı yaranmış situasiya barədə redaksiyamızın hazırladığı məqalələrdə də hiss edilirdi. Qlobal buğda qıtlığı aparıcı taxıl məhsullarının qiymətinin artmasına gətirib çıxarıb.

Belə görünə bilərdi ki, bütün bu tədbirlər qiyməti sabit saxlamaq üçün kifayət edəcək. Lakin hökumət artan bazar tələbatına cavab olaraq əlavə tədbirlər də gördü. Belə ki, subsidiyaların orta aylıq idxal hesabatları əsasında yeni mexanizmlər üzrə ayrılması və paylanması prosesi başladı. 2021-ci il fevralın 1-dən noyabrın 1-nə qədər un istehsalı ilə məşğul olan 37 təsərrüfat subyektinə 35,7 milyon manat ödənilib. Ötən ilin sonlarından başlayaraq isə bu məbləği 39 milyon manata çatdırmaq proqnozlaşdırılırdı. (Son statistika məlum səbəblərdən hələ yoxdur, – red.) İl ərzində ödənilən subsidiyanın məbləği 74,7 milyon manat təşkil etməli idi.

Lakin təəssüf ki, hətta bu tədbirlər də buğdanın qiymətinin qlobal miqyasda artmasından irəli gələn bahalaşmanın qarşısını almaq üçün kifayət etmir. Axı bunun qarşısını necə alasan ki, hazırda Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyadan idxal edilən ərzaq buğdasının tonu 338 dollardır. Nəticədə daxili bazarda qiymətlər bütün proqnozlara görə, əhəmiyyətli ölçüdə artmalıdır. Belə ki, 50 kiloqramlıq unun topdansatış qiyməti 35,9 manata (tonu 718 manat) çatmalıdır. Bu isə ənənəvi 500 qramlıq çörəyin qiymətinin 50 qəpiyə, 650 qramlıq çörəyin isə 65 qəpiyə qalxması deməkdir. Çörəyin bahalaşması əlbəttə, qlobal pandemiya və ərzaq böhranı şəraitində yaxşı heç nə vəd etmir. Lakin dünyada qiymətlərin bu cür artmasından sonra da çörək Azərbaycanda bir çox ölkələrə, o cümlədən qonşu ölkələrə nisbətən daha ucuz olacaq.

Məsələn, həmin 500 qramlıq çörək Gürcüstanda Azərbaycan valyutası ilə hesabladıqda 0,57-0,66 manat, Rusiyada 1 manat, Ukraynada 1,26-1,46 manat, Qazaxıstanda 0,51-0,56 manat, Ermənistanda isə 0,81 manatdır…(virtualaz.org)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button