İqtisadiyyat

Dünya Bankı: Qaz və kömür ucuzlaşacaq

Dünyada təbii qaz və kömür qiymətlərinin 2022-ci ilin əvvəlinə qədər yüksək səviyyədə qalacağı, lakin sonradan tədarükün məhdudlaşması azaldıqca və istehsal artdıqca qiymətlərin enəcəyi proqnozlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bu barədə Dünya Bankının əmtəə bazarları üzrə yenilənmiş hesabatında deyilir.
Məlumata görə, bunlara baxmayaraq, sözügedən enerji daşıyıcılarına olan qiymətlərin volatilliyinin əlavə sıçrayışları da istisna edilmir.
Hesabata əsasən, Avropada təbii qaz qiymətlərinin və Avstraliya kömürü qiymətlərinin 2022-ci ildə hər birinin 14%, 2023-cü ildə isə müvafiq olaraq daha 27% və 25% azalacağı proqnozlaşdırılır.
Hesabatda qeyd olunur ki, Asiya bazarında 2021-ci ildə artan qaz qiymətləri 2022-ci ildə nisbətən cüzi eniş nümayiş etdirəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button