İqtisadiyyat

Dünya Bankı Hesablama Palatasının müstəqilliyini yüksək qiymətləndirib

Dünya Bankı bu gün ölkələrin əsas hesabatlılıq qurumlarından birinin gücləndirilməsi məqsədi daşıyan, Ali Audit Qurumlarının ( AAQ ) 2021-ci il üzrə Müstəqillik İndeksinin Qlobal Hesabatını təqdim edib.
“APA-Economics”in məlumatına görə, bu barədə Dünya Bankının ali audit qurumlarının müstəqilliyinə dair dərc etdiyi yeni renkinqdə deyilir. 118 AAQ arasında Azərbaycan Hesablama Palatası yüksək hüquqi və fəaliyyət müstəqilliyi olan təşkilatlar arasında yer alıb.
Bu qiymətləndirmə dövlət proqramları, siyasətləri, fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinin təmin olunması və vətəndaşlar və maraqlı tərəflər arasında etimadın gücləndirilməsi istiqamətində səyləri əks etdirir.
Qeyd edək ki, Azərbaycan Hesablama Palatasına Dünya Bankı tərəfindən 9-9,5 bənd səviyyəsində (“yüksək”) indeks qiymətləndirilməsi verilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button