İqtisadiyyat

Dünya avtomobil sənayesi maqnezium qıtlığı riski ilə üzləşib

Çində maqnezium tədarükündə yaranana fasilələr fonunda bütün dünyada avtomobil istehsalı gələn ilin əvvəlində dayandırıla bilər.
“APA-Economics”in “Financial Times”a istinadən verdiyi məlumata görə, maqnezium avtomobillərin istehsalında istifadə olunan alüminium ərintilərinin yaradılmasında əsas komponent kimi tətbiq olunur.
Məlumata əsasən, Çindəki enerji böhranı Şensi əyalətində 50 maqnezium əritmə zavodundan 35-nin işinin dayandırılmasına səbəb olub. Qalan müəssisələr isə elektrik enerjisinin istifadəsini azaltmaq üçün istehsalı iki dəfə endiriblər.
Qeyd olunan bölgə Çinin əsas maqnezium mədən bölgələrindən biridir, Çinin isə payına qlobal maqnezium istehsalının 80%-i düşür.
Maqnezium çatışmazlığı fonunda Avropaya tədarük qiymətləri artıq tarixi maksimuma çatıb. Belə ki, sözügedən metalın bir tonunun qiyməti son bir ayda 75% artaraq 9 min ABŞ dollara çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button