Siyasət

DSK Bəxtiyar Hacıyevə qanun pozuntusu ilə bağlı xəbərdarlıq edib

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevə dairə seçki komissiyası (DSK) tərəfindən rəsmi xəbərdarlıq edilib.

Savash.org saytının əldə etdiyi məlumata görə, qeydə alınan namizəd Hacıyev Bəxtiyar İlyas oğlu təşviqat kampaniyasının tələblərini pozaraq 16.01.2020-ci il tarixdə saat 23:58-də öz rəsmi Facebook səhifəsində qeyri-qanuni təşviqat fəaliyyətinə başlayıb.

Eyni zamanda, DSK-nın Ekspert qrupu tərəfindən müəyyən olunub ki, DSK-nın tələblərinə zidd olaraq Hacıyev Bəxtiyar İlyas oğlu plakatları DSK tərəfindən xüsusi nəzərdə tutulmuş lövhələrə yerləşdirilməsini vaxtından əvvəl, yəni DSK-ya təqdim etmədən yerləşdirib və bu haqda 17.01.2020-ci il tarixində saat 01:56-da öz rəsmi Facebook səhifəsində hesabat-foto şəkil paylaşıb.

DSK-nın iclasında həmin qeyri-qanuni addımlara baxılıb və namizəd Hacıyev Bəxtiyar İlyas oğluna rəsmi xəbərdarlıq edilib. Belə ki, o, DSK-ya çağırılıb. DSK-da B.Hacıyevə rəsmi qaydada xəbərdarlıq sənədi təqdim olunub.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button