İqtisadiyyat

Dövlət Toxum Fondu ötən il Krasnodardan 340 ton elit buğda toxumu alıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ötən il Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı 80 ton “Qrom”, 100 ton“Tanya” və 160 ton”Alekseiç” sortları olmaqla ümumilikdə 340 ton elit buğda toxumu idxal edib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda Fondun aqronom və mütəxəssisləri toxumların əkildiyi sahələrə baxış keçirir, fermer və təssərüfat sahibləri ilə söhbətlər aparır, səpindən sonra aparılacaq aqrotexniki qulluqlarla bağlı tövsiyyələr verir.

P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış həmin toxumlar pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 % cücərmə qabiliyyətinə malikdir və Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğundur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button