Cəmiyyət

Dövlət Məşğulluq Agentliyinin sədri işsiz şəxslərə müraciət edib

“Bəzi hallarda vətəndaşlar fərdi məşğulluq proqramının müəyyən müddəalarını icra etmirlər. Bu da öz növbəsində qanunvericiliyə əsasən müəyyən hüquqi nəticələrə gətirib çıxarır. Onlardan biri də işsiz statusunun ləğvidir”.
“Report” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O vətəndşaları narahat olmamağa çağırıb: “Çünki işsiz statusunun ləğvindən sonra vətəndaşlar yenidən müraciət edərək bu statusu ala bilərlər. Sadəcə məsələ müəyyən qaydalar çərçivəsində həll oluna bilər. Hansı səbəbdən ləğv məsələsinə gəlincə, bəzən işsiz statusunun verilməsi ləğv edilə bilər. Əksər hallarda ləğv etmədən sonra yenidən müraciət əsasənda məşğulluq alətlərindən istifadə imkanları yaranır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button