Cəmiyyət

Dövlət Komitəsi küçədə aşkarlanan uşaq barədə açıqlama yayıb

Ailə, Qadın və Uşaq Problemləti üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə küçədə aşkarlanan uşaq barədə yayılan məlumatla bağlı açıqlama yayıb.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu “Report”a bildirib ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli, eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir.
“Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik” – Dövlət Komitəsindən bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button