Mədəniyyət
Dövlət Xidməti: Bilgəhdə tarixi hamamın bərpası nəzərdən keçiriləcək

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, Dövlət Xidməti tərəfindən həmin hamamda təmizlik işlərinin aparılması, yaxınlıqda zibil qutularının yerləşdirilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunacaq.
“Təəssüflər olsun ki, tarix-mədəniyyət abidələrinin məişət tullantıları ilə çirkləndirilməsi kimi hallarla tez-tez rastlaşırıq. Belə halların təkrarlanmaması üçün vətəndaşlarımızdan tarixi abidələrimizə qarşı hörmətlə yanaşmalarını xahiş edirik”.
Həmçinin bildiririk ki, dövlət tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinə xüsusi diqqət və qayğı göstərilir. Bu sahədə aparılan işlər davam etdirilməkdədir. Bilgəh qəsəbəsində yerləşən həmin hamamın da bərpa edilərək istifadə olunması nəzərdən keçiriləcəkdir.
Eyni zamanda qeyd edək ki, ölkə ərazisində bu tip tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsində də maraqlıyıq”, – məlumatda deyilir.