İqtisadiyyat

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin sentyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı avqust ayı ilə müqayisədə 19% artaraq 332 ədəd təşkil edib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, sentyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 98%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, sentyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 domen və 12 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 8 hesabat təqdim edilib.
Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3163 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 116 hesabat təqdim edilib. Yanvar-sentyabr ayları ərzində Azərbaycanın internet seqmentində 50 domen və 85 subdomen qeydiyyata alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button