Cəmiyyət

Dövlət Sərhəd xidmətinin hərbi helikopteri təlim uçuşları zamanı qəzaya uğrayıb

Noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button