İqtisadiyyat

Dövlət orqanlarının internet şəbəkəsi üzrə 46 mln. yaxın zərərli keçid bloklanıb

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət orqanlarının istifadəsi üçün yaradılan “AzStateNet” şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilən indikatorların III rüb üzrə statistikasını təqdim edib.
“APA-Economics” Mərkəzin yaydığı məlumata istinadən xəbər verir ki, 3-cü rüb üzrə “AzStateNet” şəbəkəsində təhlükəsizlik divarları ilə 45 910 000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 732 300 zərərverici, sandbox sistemi üzrə 11 015 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 40 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilib.
Zərərvericilərin və kiberhücum indikatorlarının blok edilməsində dövlət qurumlarının istifadəsinə verilən “Resurs İdarəetmə Sistemi” vasitəsi ilə “Bloklist” moduluna şübhəli indikatorlar əlavə etməklə ən çox töhfə vermiş 10 dövlət qurumları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi2. Dövlət Reklam Agentliyi3. Şabran Rayonu İcra Hakimiyyəti4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi5. Hacıqabul Rayon İcra Hakimiyyəti6. Dövlət Neft Şirkəti7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi9. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik10. Laçın Rayon İcra Hakimiyyəti
Son 30 günün nəticələrinə görə “informasiya təhlükəsizliyi indeksi” üzrə ən aşağı nəticə göstərən 15 dövlət qurumu:
1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi2. Ali Məhkəmə3. Dövlət Aqrar Ticarət Şirkəti4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi5. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası6. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası7. “Azərsu” ASC8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi9. Dövlət Sərhəd Xidməti10. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti13. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi14. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi15. “Azəryolservis” ASC
Son 30 günün nəticələrinə görə ayıqlıq “reaksiya indeksi” üzrə ən aşağı nəticə göstərən 14 dövlət qurumu:
1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsi2. Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəsi3. Milli Televiziya və Radio Şurası4. Azərbaycan Mərkəzi Bankı5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi7. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi8. Dövlət Gömrük Komitəsi9. Dövlət Neft Şirkəti10. Dövlət Sərhəd Xidməti11. Azərbaycan Respublikası Baş Prokurorluğu12. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi14. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Son 30 günün nəticələrinə görə ayıqlıq üzrə “reaksiya indeksi” ən yüksək olan 15 dövlət qurumu:
1. AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi2. Azərbaycan Respublikası Təhsil Nazirliyi3. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi4. Elektron Təhlükəsizlik Mərkəzi5. Gəncə Şəhər İcra Hakimiyyəti6. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi7. İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu8. Qarabağ Dirçəliş Fondu9. Quba Rayon İcra Hakimiyyəti10. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik11. Hacıqabul Rayon İcra Hakimiyyəti12. Azərbaycan Respublikasının Energetika Nazirliyi13. Cəbrayıl Rayon İcra Hakimiyyəti14. Göygöl Rayon İcra Hakimiyyəti15. Sabirabad Rayonu İcra Hakimiyyəti

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button