İqtisadiyyat

Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb

2022-ci ildə Dövlət Neft Fondunun (SOFAZ) gəlirləri 10,589 milyard manat həcmində nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcə layihəsi barədə rəyində deyilir.

Qeyd olunur ki, gəlirlərin 8,587 milyard manatdan çoxu karbohidrogenlərin satışından əldə olunacaq.

2022-ci ildə Fondun xərcləri 12,789 milyard məbləğində proqnozlaşdırılır.

Proqnoza əsasən, 2022-ci ildə SOFAZ-ın büdcə kəsiri 2,22 millyard manat təşkil edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button