Cəmiyyət

Dövlət Komitəsi 16 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayıb.
Dövlət Komitəsindən “Report”a bildirilib ki, dərhal Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.
Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış.
İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button