Dünya

Dövlət Departamenti Baydenin Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırma aparır

ABŞ Dövlət Departamentinin Baş müfəttişi Dayana Şou Prezident Cozef Bayden administrasiyasının Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırmaya başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Politico” ABŞ Konqresindəki mənbələrə istinadən məlumat yayıb.
Araşdırma ABŞ hərbçilərinin bu ölkədən çıxarılması ilə bağlıdır. Dövlət Departamenti əsas diqqəti xüsusi immiqrasiya vizalarının verilməsi proqramına, əfqan qaçqınların köçürülməsi prosesinə, həmçinin ABŞ-lı işçi heyətinin və onlarla əməkdaşlıq etmiş əfqanların Kabildən təxliyə edilməsinə yönəldəcək.
Məlumata görə, D.Şou artıq Konqresi bu barədə məlumatlandırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button