Dövlət büdcəsinə ötən il gəlir vergisindən 3,5 mlrd. manat daxil olub

Azərbaycanın dövlət büdcəsinə 2020-ci ildə 9,991 mlrd. manat məbləğində vergi gəlirləri (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi üzrə) daxil olub. Bu, 2019-cu illə müqayisədə 4% azdır.
“APA-Economics”in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Vergi növlərinə gəldikdə, dövlət büdcəsinin vergi gəlirlərinin əsasını ƏDV və gəlir vergləri təşkil edib. Belə ki, ötən il büdcəyə ƏDV-dən və gəlir vergisindən daxil olan vəsaitlərin həcmi müvafiq olaraq 4,818 mlrd. manat və 3,503 mlrd. manat təşkil edib. Bu, büdcənin ümumi vergi daxilolmalarının 48,2%-nə və 35%-nə bərabər olub.
Dövlət büdcəsinin vergi gəlirlərinin strukturu:
Vergi növləri
Məbləğ, mln. manat
Vergi gəlirlərində pay
İllik dinamika
ƏDV
4 818,33
48,2%
-7,1%
Gəlir vergisi (hüquqi şəxlər)
2 351,72
23,5%
-7,6%
Gəlir vergisi (fiziki şəxslər)
1 150,97
11,5%
20,9%
Aksizlər
898,21
9%
5,1%
Sadələşdirilmiş vergi
308,88
3,1%
-13,9%
Əmlak vergisi (hüquqi şəxlər)
186,77
1,9%
-12,2%
Mədən vergisi
130,19
1,3%
-2,7%
Yol vergisi
104,86
1%
-11,8%
Torpaq vergisi
40,81
0,5%
-18,4%