İqtisadiyyat

Dövlət büdcəsinə bu il vergi və gömrük daxilolmaları 9,5 mlrd. manat təşkil edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 871,6 mln. manat təşkil edib.
“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, gəlirlərdə əsas paya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (35,6%) və Dövlət Gömrük Komitəsinin (17,9%) daxilolmaları təşkil edib.
Belə ki, ilin ilk doqquz ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 354,4 mln. manat (illik müqayisədə 12% çox), Dövlət Gömrük Komitəsinin xətti ilə isə 3 193,2 mln. manat (illik müqayisədə 8,1% çox) daxil olub ki, bu da ümumilikdə 9 547,6 mln. manat təşkil edib və büdcə gəlirlərinin 53,5%-inə bərabər olub.
Qeyd edək ki, hesabat dövründə büdcənin xərcləri 17 711,9 mln. manat təşkil edib və büdcədə 159,7 mln. manat məbləğində profisit yaranıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button