İqtisadiyyat

Dövlət büdcəsinə bu il ödənişli xidmətlərdən 454 mln. manatdan çox vəsait daxil olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 871,6 mln. manat olub.
“APA-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, dövlət büdcəsindən təkcə maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 454,1 mln. manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 80,2 mln. manat və ya 21,4% çoxdur.
Qeyd edək ki, sair daxilolmalar üzrə dövlət büdcəsinə 308,7 mln. manat vəsait daxil olub, bu da proqnoza qarşı 162,1 mln. manat və ya 2,1 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 206,7 mln. manat və ya 3 dəfə çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button