Dünya

Dörd ölkənin lideri İranı müzakirə edəcək

“ABŞ, Almaniya, Fransa və Böyük Britaniya liderləri oktyabrın 30-da Romada keçiriləcək G20 sammiti çərçivəsində İranın nüvə sazişi üzrə danışıqların bərpasını müzakirə edəcəklər”.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Onun sözlərinə görə, İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmaq barədə təklifə konkret cavab verməyib:
“Amerika tərəfi bu görüşlərə hazırdır. İranın danışıqlara qayıtmağa hazır olub-olmadığı hələ mənə aydın deyil. Onların hazır olduqlarına dair müsbət siqnallar eşitmişik. Amma düşünürəm ki, onların danışıqlar masasına oturub-durmayacağına baxıb gözləməliyik. Biz xoş niyyətlə danışıqlar aparmağa hazırıq”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button