Dünya

Donald Tramp: “Milyonlarla insan ölkəni tərk edir”

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ölkənin gələcəyi ilə bağlı bədbin proqnoz verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, ABŞ-ın üçüncü dünya ölkəsi olacağını deyib. Buna səbəb kimi isə Meksika ilə sərhəddə davam edən miqrasiya böhranını göstərib.
“Sərhədimizdə indiyədək belə hal olmayıb. Milyonlarla insan ölkəni tərk edir”, – D.Tramp bildirib.
Xatırladaq ki, D.Tramp Cozef Baydenin and içməsindən sonra ölkənin yüksək sürətlə zəifləyəcəyini demişdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button