İqtisadiyyat

“Doktor Canpolad”ın vergiyə bocu var- Klinikanın əmlakları satışa çıxarılır

Bakıda fəaliyyət göstərən ən qamaqallı klinikalardan birinin əmlakları satışa çıxarılacaq.

Musavat.com xəbər verir ki, 2011-ci ildə fəaliyyətə başlayan “Doktor Canpolad Klinikası” MMC və onun baş həkimi androloq Canpolad Teyuf oğlu İmanovun vergiyə borcu var.

MMC-nin 30 min manatdan çox vergi borcu yaranıb. Həmçinin Dövlət Sosial Müdafiə Fonduna da ödənişlərdə problemlər meydana çıxıb.

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi MMC-ni məhkəməyə verib. Məhkəmə vergiyə olan borcun ödənilməsi üçün klinikanın əmlaklarının satılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Canpolad İmanov uzun illər televizya kanallarında tibb sahəsində məsləhtverici verilişlərdə çıxış edib. Onun klinikası ilə bağlı çoxsaylı şikayətlər mətbuatın gündəmində olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button