Gündəm

DİN sürücülərə xəbərdarlıq etdi

“Avtomobili işıqlandırılmayan, mühafizə olunmayan yerlərdə saxlamaq, avtomobilin açar-pultunu uşağın əlinə vermək, yaxud əl çatan etmək cinayətkara fürsət verir”. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məlumat yayıb.

“Bununla qaranlıq küçədə, mühafizə olunmayan yerdə, oğru açıq qapıdan və pəncərədən daxil olmaqla avtomobili rahat talaya bilər.

Bundan başqa, hər hansı əşyanı avtomobilin görünən yerində saxlamaq diqqət cəlb edə bilər”, – deyə DİN rəsmisi sürücülərə xəbərdarlıq edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button