Cəmiyyət

DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə, elan saytlarında dəmir konstruksiyalı oyuncaq silahların satılması məsələsinə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  bildirib ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur.

“Ancaq bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur.

Yoxlayırıq, araşdırırıq, müəyyənləşdirib dəvət edirik – cavab verir ki, “oyuncaqdır, elə-belə gəzdirirəm….”. Bu, “elə-belə” gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir?

Həmin şəxslərin diqqətinə çatdırın – bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button