Gündəm

DİN: “icaze.e-gov.az” portalı ilə bağlı tələb qüvvədə saxlanılır

“icaze.e-gov.az” portalına daxil etmə ilə bağlı tələb qüvvədə saxlanılır.

Bunu APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri ilə bağlı nəzarət profilaktik tədbirlər davam etdirilir. DİN rəsmisi deyib ki, bu sahədə sui-istifadə hallarının qarşısını almaq məqsədilə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibinin həmin obyekt daxilində müvafiq məlumatları – mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış “icaze.e-gov.az” portalına daxil etməsi ilə bağlı tələb qüvvədə saxlanılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button