Cəmiyyət

DİN hüquq müdafiəçilərinin şiddətə məruz qalmaları iddiasını təkzib edib

Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nərimanov Rayon Polis İdarəsinin ərazisində polislər tərəfondən şiddətə məruz qaldıqlarını iddia ediblər.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq iddialara cavab verib. “Onlar Nərimanov Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq olunub ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı.

Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”, – E.Zahidov bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button