Dünya

DİN “gəlməyib”, partiya “gəlib” deyir – Saakaşvili haradadır?

“Mixeil Saakaşvili Gürcüstanda deyil”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
O, keçmiş prezidenti kloun adlandırıb: “Mixeil Saakaşvili Batumidə də yoxdur. Onun videosu Gürcüstanda çəkilməyib. Bunu əminliklə deyə bilərəm”.
11.25
“Mixeil Saakaşvilinin Gürcüstana necə və nə vaxt gəlməsi önəmli deyil. Ən əsası odur ki, o, Gürcüstandadır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu sabiq prezidentin partiyası olan müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Zaal Udumaşvili jurnalistlərə deyib.
O, Daxili İşlər Nazirliyinin sabiq prezidentin Gürcüstan sərhədini keçməməsi barədə məlumatına da münasibət bildirib: “Mən Daxili İşlər Nazirliyindən daha çox Mixeil Saakaşviliyə inanıram”.
10.34
Sabiq Prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button