Cəmiyyət

DİN: “Bakıda məktəbin həyətindəki dava ilə bağlı araşdırmalara başlanılıb”

Daxili İşlər Nazirliyi (DİN) Bakıda özəl məktəblərdən birinin həyətində yaranan insidentə münasibət bildirib.
DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, – Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button