Gündəm

DİM xarici və Azərbaycan dili üzrə danışma bacarıqlarının yoxlanılması üçün imtahan keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili üzrə danışma bacarıqlarının yoxlanılması üçün imtahan keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, 2021-ci il 25-26 dekabr tarixlərində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.

İmtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada–kompüter proqramı vasitəsilə həyata keçirilib.

İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20-25 dəqiqəlik vaxt ayrılır.

Danışıq bloku üzrə imtahana buraxılmış 294 iddiaçıdan 284-ü imtahanda iştirak edib.

İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, iddiaçılar danışıq bloku üzrə imtahan üçün nəzərdə tutulmuş kompüter proqramının demo versiyası ilə öncədən DİM-in saytında tanış olmuşdular. Müvafiq proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button