CəmiyyətManşet

DİM sədri: “İmtahan kitabçasını özü ilə aparan abituriyentin nəticəsi ləğv olunacaq”

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahanlarda sual kitabçalarının nəyə görə abirutiyentlərə verilmədiyinə aydınlıq gətirib.

M. Abbaszadə mətbuat konfransında deyib ki, vaxtı ilə sual kitabçaları imtahan bitəndə abituriyentlərə paylanırdı:

“Bu addımı şəffaflığı artırmaq üçün edirdik, amma yaxşı dərk edirdik ki, elmliyi şəffaflığa qurban veririk. Amma bu suallar daha sonra imtahanlara salınmırdı. Yeni növ, yəni bacarığı yoxlayan imtahanların suallarını hazırlamaq daha çətin və daha daha bahadır. Artıq imtahandan sonra kitabçaları paylamırıq, aboturiyentlərdən tələb edirik”.

M. Abbaszadə deyib ki, sual kitabçasını özü ilə aparan abituriyentin nəticəsi ləğv olunacaq:

Bu test təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır”.

DİM-in İdarə Heyətinin sədri eyni zamanda qeyd edib ki, fevralın 20-də keçirilən magistraturaya qəbul imtahanında kitabçanı aparan şəxslər də müəyyənləşib və onların nəticəsi ləğv olunacaq: “Bununla bağlı qərar vermişəm” – o deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button