Cəmiyyət

Dillər Universitetində “Hindistan olduğu kimi” tədbiri keçirilib

 

Hindistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) Hind Dili və Mədəniyyəti Mərkəzi ilə birgə ADU-da “Hindistan olduğu kimi” adlı layihə çərçivəsində seminar təşkil edib.

Səfirlikdən İstiqlal.az saytına bildiriblər ki, seminarda “Hindistan-Azərbaycan münasibətləri”, “Hindistanın fəlsəfəsi”, “Karma fəlsəfəsi” mövzularında məruzələr oxunub.

ADU-nun baş müəllimi Sevda Abuzərli vedalar və upanişadlar haqqında danışıb, Ramil Əliyev isə dinləyicilərə karmanı izah edib.

Hind Dili və Mədəniyyəti Mərkəzinin direktoru xanım Səidə Mirzəyeva, həmçinin hind mədəniyyətinin zənginliyi haqqında şeir söyləyib.

Tədbirdə bir neçə hind və Azərbaycan rəqsləri də ifa olunub.

Tədbirdə ADU-nun prorektoru Jalə Qəribova, Hindistan səfirliyinin ikinci katibi Ajay Kumar Pandey, ADU-nun digər yüksək vəzifəli şəxsləri və tələbələri iştirak edib.

Sessiyanın sonunda Hindistanın Bakıdakı Səfirliyi tərəfindən iştirakçılara təşəkkür və minnətdarlıq əlaməti olaraq sertifikatlar paylanılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button