Cəmiyyət

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verilib

Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı komitənin sədri Fuad Muradov əmr imzalayıb.

Əmrə əsasən, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.

Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.

Komitədən təyinatlarla bağlı məlumata münasibət öyrənmək mümkün olmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button