İdman

Devid Bekhemin oğlu III liqa klubuna keçib

İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasını ABŞ-da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu “Fort Loderdeyl”lə anlaşıb.
Gənc oyunçu yeni klubu ilə artıq münasibətləri rəsmiləşdirib və kollektivə qoşulub. Bekhem sabah III liqa çərçivəsində Floridada “Çattanooqa” ilə görüşdə debüt edə bilər.
Qeyd edək ki, Devid Bekhem MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibidir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button