Siyasət
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.
“SAVAŞ” bildirir ki, bu barədə Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.
Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.
İstiqlal