İdman

DÇ-2022: Azərbaycan millisi İrlandiyaya uduzub

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb.
Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ənənəsini bu dəfə də davam etdirib. Bakı Olimpiya Stadionundakı görüşə qədər aktivində cəmi 1 xal olan milli doğma azarkeşlər önündə də meydanı başıaşağı tərk edib.
Onsuz da, ilk iki yer şansını çoxdan itirən komandamız ən azı ilk qələbə sevinci yaşaya bilərdi. Lakin üç cavabsız qolla yığmamızı darmadağın edən İrlandiya tsikldə birinci qalibiyyətini Bakıda əldə edib. Bu məğlubiyyət de Byazinin yetirmələrini turnir cədvəlinin “zirzəmi”sində “möhkəmlədib”.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsiAvropa zonası, A qrupuVII tur, 9 oktyabr20:00. Azərbaycan – İrlandiya – 0:3Qollar: Kallum Robinson, 7, 39, Çidozi Oqbene, 90Baş hakim: Espen Eskas (Norveç)Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Höccət Haqqverdi, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 7. Namik Ələskərov, 10. Mahir EmreliEhtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim SadıxovBaş məşqçi: Canni de Byaziİrlandiya: 1. Qavin Bazunu, 4. Şeyn Daffi, 5. Con İqan (k), 2. Mett Doerti, 7. Kallum Robinson, 15. Daril Horqan, 13. Ceff Hendrik, 6. Coş Kallen, 11. Ceyms Makkleyn, 22. Andryu Omobamidele, 9. Adam AydaEhtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Parrott, 12. Natan Kollins, 14. Sayrus Kristi, 17. Harri Arter, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20. Çidozi Oqbene, 21. Aaron KonnolliBaş məşqçi: Stefen KenniBakı Olimpiya Stadionu

1

Portuqaliya

5

4

1

0

11-4

13

2

Serbiya

5

3

2

0

12-7

11

3

Lüksemburq

4

2

0

2

5-8

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

6

0

1

5

3-12

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button