İdman

DÇ-2020: Azərbaycan Lüksemburqa uduzub

Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşıb.
İlk iki oyunda Portuqaliya (0:1) və Serbiyaya (1:2) uduzan Canni de Byazinin yetirmələri azarkeşlərini yenə məyus edib. İtaliyalı mütəxəssis ölkə xaricində çıxış edən azsaylı oyunçuları start heyətdən kənarda qoyub.
Yalnız Premyer Liqada oynayan futbolçuların ümidinə qalan milli cırtdan ölkə təmsilçisi qarşısında aciz qalıb. Lüksemburqlular artır ilk yarıda vurulan iki qolla matçın taleyini həll edib.
Fasilədən sonra millinin aparıcı futbolçularını meydana buraxan Canni de Byazi oyunda dönüş yaratmağa çalışıb. Fəallığı artıran yığmamız yalnız qollardan birinin əvəzini çıxıb. Emin Mahmudov cərimə zərbəsindən yaxın küncü dəqiq nişan alıb. Bununla da yığmamız seçmə mərhələdə artıq 3-cü məğlubiyyətini alaraq sonuncu pillədə qalıb.
Qeyd edək ki, millimiz sentyabrın 4-də İrlandiyanın qonağı olacaq, üç gün sonra Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsiIV tur, A qrupu1 sentyabr22:45. Lüksemburq – Azərbaycan – 2:1Qollar: Mika Pinto, 8, Jerson Rodriges, 28 (pen.) – Emin Mahmudov, 67Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)Lüksemburq: 1. Antoni Moris, 13. Dirk Karlson, 18. Lauren Yans (k), 3. Enes Mahmutoviç, 15. Olivye Til, 8. Kristofer Martins, 16. Leandro Barreyro, 17. Mika Pinto, 21. Sebastyan Til, 10. Jerson Rodriges, 9. Daniel SinaniEhtiyat oyunçular: 23. Tim Kips, 12. Ralf Şön, 2. Kevin Malgert, 4. Florian Bonert, 5. Dveyn Holter, 6. Rikardo Delqado, 7. Erik Veyqa, 19. Aldin Skenderoviç, 11. İvandro Borqes, 14. Mauris Devil, 22. Timoti Rupil, 20. Edvin Muratoviç,Baş məşqçi: Lük HoltsAzərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 21. İsmayıl İbrahimli, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 9. Əli Qurbani, 20. Filip OzobiçEhtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 15. Sərtan Taşkın, 16. Anatoli Nuriyev, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 22. Rəhim SadıxovBaş məşqçi: Canni de ByaziLüksemburq. “Stad Lüksemburq”

1

Portuqaliya

3

2

1

0

6-3

7

2

Serbiya

3

2

1

0

7-5

7

3

Lüksemburq

2

1

0

1

2-3

3

4

İrlandiya

2

0

0

2

2-4

0

5

Azərbaycan

2

0

0

2

1-3

0

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button