İqtisadiyyat

Daşkəsən və Kəlbəcərdəki filiz yataqlarında emal müəssisələri yaradıla bilər

Daşkəsən və işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində yerləşən “Qaşqaçay”, həmçinin Kəlbəcər rayonunda olan “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında aparılacaq geoloji kəşfiyyat işlərinin nəticələrindən asılı olaraq, gələcəkdə bu yataqların ətrafında dəyər zəncirini formalaşdıracaq emal müəssisələrinin qurulması nəzərdən keçiriləcək.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir.
Qeyd edək ki, bu filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin “Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə müqavilələr imzalanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button