Gündəm

Daşkəsən sakini minaya düşüb

Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşüb.

Hadisənin rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alındığı bildirilir.

APA agentliyinin xəbərinə görə, 1964-cü il təvəllüdlü Şükür Əşrəf oğlu Tağıyev ərazidə qoyun otaran zaman atı sərhədi keçib, O, atını gətirən zaman minaya düşüb.

Ş. Tağıyevin xəstəxanaya yerləşdirildiyi, sağ ayağının topuqdan amputasiya edildiyi bildirilir. Onun vəziyyətinin ağır olduğu deyilir.

Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində də tez-tez minaya düşmə hallarının olduğu bildirilir. Rəsmi qurumların açıqlamasına görə, ötən il noyabrın 10-da imzalanan üçtərəfli sazişdən bəri işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən 25 nəfərə qədər adam həlak olub, 100-dən çox adam isə müxtəlif dərəcədə xəsarətlər alıb.

Rəsmilər son vaxtlara qədər habelə qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma son aylar Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin alındığı deyilirdi.

Lakin Prezident İlham Əliyev bu yaxınlarda çıxışlarının birində deyib ki, həmin xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button