Danimarka 1/8 finala yüksəlib, Rusiya mübarizəni dayandırıb

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.
Apasport.az saytının məlumatına görə, B qrupunda son iki oyun baş tutub.
1/8 finala vəsiqəni təmin edən Belçika Finlandiya ilə qarşılaşıb. Qrup qalibi olmaq üçün uduzmaması yetərli olan Roberto Martinesin komandası bu matçda da qələbə qazanaraq 1/8 finala 9 xalla yüksəlib. Finlandiya isə qrup üçüncüsü olub.
İlk iki matçında uduzan Danimarka Rusiya ilə üz-üzə gəlib. Kopenhagendəki qarşılaşmada meydan sahibləri darmadağınla qələbə qazanıb. Bu, danimarkalıları qrup ikincisi edibsə, rusiyalılar qrup sonuncusu kimi AVRO-2020 ilə vidalaşıb.
Qeyd edək ki, III turun son oyunları iyunun 22-23-də keçiriləcək.
AVRO-2020III tur, 21 iyunB qrupu
23:00. Rusiya – Danimarka – 1:4Qollar: Artyom Dzyuba, 70 (pen.) – Mikkel Damsqard, 38, Yussuf Poulsen, 59, Andreas Kristensen, 79, Yoakim Mehle, 82Baş hakim: Klemen Turpin (Fransa) Kopenhagen. “Parken” stadionu
23:00. Finlandiya – Belçika – 0:2Qollar: Lukas Hradeçki, 74 (avtoqol), Romelu LukakuBaş hakim: Feliks Brix (Almaniya)“Sankt-Peterburq” stadionu
1
Belçika
3
3
0
0
7-1
9
2
Danimarka
3
1
0
2
5-4
3
3
Finlandiya
3
1
0
2
1-3
3
4
Rusiya
3
1
0
2
2-7
3