Dünya

Daha üç ölkə diplomatlarını Ukraynadan çıxarır

Böyük Britaniya Ukrayna səfirliyindəki əməkdaşlarını geri çağırmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Rəsmilər britaniyalı diplomatlara qarşı konkret təhdidlərin olmadığını, lakin Kiyevdə çalışan işçilərin təxminən yarısının Böyük Britaniyaya qayıdacağını bildirib.

Bundan başqa, Avstriya xarici işlər naziri Aleksander Şallenberq səfirlik işçilərinin Ukraynadan çıxarılması planının olduğunu bildirsə də, hələlik yekun qərarın olmadığını vurğulayıb.

Yaponiya hökuməti öz vətəndaşlarının, o cümlədən səfirliyin əməkdaşlarının Ukrayna ərazisindən təxliyə edilməsi zərurətini nəzərdən keçirir.

Bu barədə ölkənin “Kyodo” agentliyi məlumat yayıb.

“Biz ABŞ rəhbərliyinin və digər dövlətlərin bu məsələyə yanaşmasını nəzərdən keçiririk”, – agentliyin Yaponiya Xarici İşlər Nazirliyindəki mənbəsi bildirib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button