İdman

Daha bir Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb və Oyunların rekordunu vurub

© APA | Elvin Astanov, azərbaycanlı atlet

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir qızıl medal qazanıb.
APA-nın məlumatına görə, millimizin heyətində Elvin Astanov çempionluq sevinci yaşayıb.
O, nüvə itələmə yarışında 8,77 m nəticə ilə birinci yeri tutub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astanov bu göstərici ilə yeni Paralimpiada rekordu da müəyyənləşdirib.
Bununla da Azərbaycan millisinin heyətində medalların sayı 10-a çatıb. Komandamızın aktivində 8 qızıl, 2 bürünc mükafat var.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button