İqtisadiyyat

“Dəmirbank”ın kreditorlarına növbəti ödənişlər həyata keçiriləcək

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi bu ilin 14 oktyabr tarixdən etibarən başlanılacaq.
Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.Kreditorlar tələblərin ödənişi ilə bağlı Fondun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim edə bilərlər. Əlavə məlumat almaq üçün (012) 941 nömrəsi ilə əlaqə saxlamaq olar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button