Siyasət

Culian Assanj həbs edildi – Təcili

Qalmaqallı Wikileaks portalının həmtəsisçisi Culian Asanj həbs olunub.

Savash.org “CNN”-ə istinadən xəbər verir ki, Asanj Londonda Ekvador-un səfirliyində həbs olunub.

Xatırladaq ki, Culian Asanj 7 il əvvəl Ekvadordan siyasi sığınacaq almışdı və bu ölkənin Londondakı səfirliyində yaşayırdı. Bu müddət ərzində Ekvador ABŞ və İngiltərə tərəfindən təzyiq altına alınmışdı və bir neçə gün əvvəl Ekvador Asanjı səfirlikdən çıxaracağını bildirmişdi.

Asanj barədə İsveçdə cinsi təcavüz maddəsi ilə cinayət işi başlayıb. Culian Asanj məhz həmin hadisəyə görə ektradisiyadan yayınmaq üçün Ekvadordan sığınacaq almışdı.

London polisi məlumat yayıb ki, Asanj həbs olunub və qısa zamanda məhkəmə qarşısına çıxarılacaq.

Culian Asanj ABŞ hökumətinin məxfi sənədlərini ələ keçirib yaydıqdan sonra beynəlxalq qalmaqala səbəb olmuşdu.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button