İdman

Cüdoçumuz qızıl medal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Asiya Kuboku davam edir.

Qol.az xəbər verir ki, Azərbaycan cüdoçusu Abil Yusubov (66 kq) turnirin qalibi olub. İdmançımız əvvəlcə yerli cüdoçu Oqabek Macitova, daha sonra gürcüstanlı Nikoloz Tatrişviliyə, qazaxıstanlı Nurlubek Arqunbekə və Zhalun Nurtaya qalib gəlməklə finala yüksəlib. Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.

Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də finala yüksəlib. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla görüşəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button