İdman

Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

Bakının Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 18 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.

Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 568 (479 oğlan, 89 qız) idmançı mübarizə aparır.

3 gün davam edəcək ölkə birinciliyində qızlar 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq-dan yuxarı, oğlanlar isə 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq və 90 kq-dan yuxarı çəki dərəcələrində güclərini sınayacaqlar.

Azərbaycan Cüdo Federasiyasının qərarına əsasən keçirilən yarışlar çəki dərəcələrində iştirakçıların sayından asılı olaraq olimpiya, dairəvi və ya qarışıq üsulla, təsəlliverici yarımfinalçılardan müəyyən olunacaq.

Qeyd edək ki, yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button