İqtisadiyyat

Çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə bağlı araşdırmalara başlanılıb

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb.
Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.
Araşdırmalar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılmalı olan sayğacların mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə sayğacların dəyərinin həmin binalarının sakinlərindən tələb edilməsi ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmalarına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə “Azərişıq” ASC tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən aparılır.
Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır. Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, artıq bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılmasına dair tələb də əlavə olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button