Cəmiyyət

COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button